Butan tarixi

Butan
འབྲུག་ཡུལ་ (Druk Yul)
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Əsası qoyulub 17 dekabr 1907
Paytaxt Thimphu
İdarəetmə forması Konstitusiya Monarxiyası
Kral Jigme Khesar Namgyal Vanqçuk [9.XII.2006 ~
Baş Nazir Çerinq Tobqay [30.VII.2013 ~
Sahəsi Dünyada 136-cı
 • Ümumi 47000 km²
 • Su sahəsi (%) <1
Əhalisi
 • Əhali 740 min nəfər (164-cü)
 • Sıxlıq 15 nəf./km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.[1]. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur.[2] Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.

  1. Fraser, Neil; Bhattacharya, Anima; Bhattacharya, Bimalendu. Geography of a Himalayan Kingdom: Bhutan. Concept Publishing. 2001. səh. 1. ISBN 978-8170228875. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  2. "Background Note: Bhutan" Arxivləşdirilib 2010-10-06 at the Wayback Machine. U.S. Department of State (March 2008).

Developed by StudentB